Fizika üzrə Nobel mükafatının qaliblərinin adları açıqlanıb.
Bizimxeber.az bildirir ki, “CNN”ə istinadən xəbər verir ki, 2024-cü il fizika üzrə Nobel mükafatını amerikalı alim Con Hopfild və britaniya-kanadalı alim Ceffri Hinton qazanıblar.
Onlar bu mükafata süni neyron şəbəkələrindən istifadə ilə maşın öyrənilməsini həyata keçirməyə imkan verən əsas kəşflər və ixtiralara görə layiq görülüblər.