Finlandiya Rusiyanın aktivlərini müsadirə etdi

Finlandiya məhkəməsi ilk dəfə Rusiyanın dondurulmuş əmlakının müsadirəsi ilə bağlı hökm çıxarıb.

Bizimxeber.az bildirir ki,  bu barədə Helsingin Sanomat xəbər verib.

“Naftoqaz” ilhaq edilmiş Krımda ötən ilin yayında dəyən ziyana görə Rusiyaya qarşı 5 milyard dollarlıq iddia qaldırıb.

İddianın əsasını Haaqa Arbitraj Məhkəməsinin qərarı təşkil edib - bu qərarla Moskva Ukrayna şirkətinə təzminat ödəməli olub və kompensasiyanın məbləği "Naftoqaz"ın Krımdakı aktivlərinin bazar dəyəri ilə müəyyən edilməlidir.

“Naftoqaz” xəbərdarlıq edib ki, Rusiya təzminat ödəməsə, Rusiya aktivlərinin yerləşdiyi ölkələrin məhkəmələrinə şikayət verəcək.

Kreml Haaqa məhkəməsinin qərarını araşdıracaqlarını bildirib.

2019-cu ildə Rusiya Ədliyyə Nazirliyi Moskvanın Naftogaz-a təzminat ödənilməsi ilə bağlı Haaqa Məhkəməsinin səlahiyyətini tanımadığını açıqlamışdı.