Finlandiya Rusiya ilə sərhədi bağladı - Böyük sıxlıq yaranıb

Finlandiyaya-Rusiya sərhəddində böyük sıxlıq yaranıb.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın Helsinkidəki səfiri məlumat verib. O deyib ki, növbədə duran rusların demək olar ki, yarısı bu gün Finlandiya ilə sərhədə buraxılmayıb.

Finlandiya sərhəd xidmətinin məlumatına görə, Finlandiyaya daxil olmaq istəyənlərin demək olar ki, yarısı sərhəddə geri qaytarılıb. 

Qeyd edək ki, Finlandiya hökuməti rusiyalı turistlər üçün bu gündən etibarən sərhədin bağlanmasını təsdiqləyib.

Finlandiyanın Moskvadakı səfirliyi bildirib ki, Finlandiyanın Viza Müraciət Mərkəzləri Rusiya vətəndaşlarından humanitar vizalar üçün müraciətləri qəbul edəcək. Avropa Komissiyası sentyabrın 30-da Rusiya vətəndaşlarına vizaların verilməsi və Avropa İttifaqının xarici sərhədlərində nəzarətlə bağlı yeni təlimatlar təqdim edəcək.