Finlandiya prezidenti Sauli Niiniste ölkəsinin NATO-ya daxil olması ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gəlib və prezident Ərdoğanla görüş ərəfəsində zəlzələ bölgəsinə səfər edib.
Bizimxeber.az bildirir ki, səfər barədə özünün "Twitter" hesabında məlumat paylaşan Niiniste qeyd edib ki, o, Kahramanmaraşda olub. Prezident zərər çəkmiş bölgədən bir fotoşəkil paylaşaraq - "Finlandiya qurbanlara humanitar yardımı göstərməyə davam edəcək" deyə yazıb,
Qeyd edək ki, Niiniste Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Onun səfər zamanı Finlandiyanın NATO-ya daxil olması prosesinin gedişi barədə məlumat alacağı gözlənilir.
Mənbələrin bildirdiyinə görə, Türkiyə parlamenti aprelin ortalarına qədər Finlandiyanın NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək ehtimalı yüksəkdir. Prezident Ərdoğan bu yaxınlarda Helsinkiyə müsbət siqnal verdi. O, Türkiyənin Finlandiyaya NATO ilə bağlı verdiyi vədi yerinə yetirəcəyinə əmin edib.
Son zamanlar Türkiyə Finlandiyaya qarşı müqavimətini yumşaldıb. Ankara Helsinkinin təklifini Stokholmdan ayrı olaraq təsdiq edə bilər, baxmayaraq ki, hər iki ölkə NATO-ya birlikdə üzv olmağa çalışır.