Finlandiya prezidenti Trampın qərarlarına qarşı çıxdı

"Donald Trampın hakimiyyətə gəlməsi ilə dünya qeyri-müəyyənlik dövrünə qədəm qoyur, biz buna hazırlaşmalıyıq".

Bizimxeber.az bildirir ki, bunu Finlandiya prezidenti Alexander Stubb "Yle" telekanalına deyib.

Onun fikrincə, beynəlxalq münasibətlərdə adi qaydalar və institutlar aradan qalxa bilər və onların yerində sövdələşmələrə əsaslanan yeni norma yaranacaq.

"Biz güvəndiyimiz qaydalar, normalar və institutların yox olmaq üzrə olduğu qeyri-müəyyənlik dövrünə hazırlaşmalıyıq ,” Stubb bildirib.