Finlandiya daha ruslar üçün tranzit ölkə olmaq istəmir

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin ruslar üçün tranzit ölkə olmaq istəmədiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, onun bu sözləri "Yle" televiziyasında yayımlanıb.

"Finlandiya digər dövlətlər tərəfindən verilən Şengen vizaları üçün tranzit ölkə olmaq istəmir", - Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, hazırda hakimiyyət təcili olaraq ruslar üçün turist vizaları ilə bağlı qərar hazırlayır. "Rusiyalı turistlərin heç bir şey olmamış kimi tətilə davam etmələri üçün heç bir mənəvi və etik əsas yoxdur" dedi.

Eyni zamanda, Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq xidmətinin rəhbəri Yussi Tanner bildirib ki, ölkə hakimiyyəti Rusiyada qismən səfərbərlik elan edilməsi ilə əlaqədar hərbi yaşda olan Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə daha diqqətlə nəzarət etmək niyyətindədir.