Fiko niyə güllələndi? - Cintula məhkəmədə danışdı

Slovakiyanın baş naziri Robert Fikonun həyatına qəsddə təqsirləndirilən Juraj Cintula məhkəmədə çıxış edib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, o, hakimiyyətin Ukrayna ilə bağlı siyasətindən narazı olduğu üçün hücum etmək qərarına gəlib.

Juraj Cintula tək başına hərəkət etdiyini və cənab Fikonu öldürməyi planlaşdırmadığını deyib.

Məhkəmədə müttəhim baş nazirin Ukraynaya hərbi dəstəyi dayandırmaq qərarı ilə razılaşmadığını bildirib və bunu “Aİ-yə xəyanət” adlandırıb. O, həmçinin ölkə rəhbərliyində korrupsiyaya qarşı mübarizə üçün xüsusi prokurorluğun ləğv edilməsinə etiraz edib.