Fermerlər inəkləri də götürüb parlament binası qarşısına gəldi - Etiraz

Hollandiyada hökumətin iqlim dəyişikliyi ilə mübarizə üçün 2030-cu ilə qədər azot tullantılarını 50 faiz azaltmaq planı ölkədəki fermerləri etiraza çıxarıb.

Bizimxeber.az bildirir ki, yüzlərlə qəzəbli holland fermer inəkləri və traktorları ilə Haaqadakı parlament binası qarşısına toplaşıb. Hökumətin planının kənd təsərrüfatı sahəsinə zərbə vuracağını və xeyli insanın işsiz qalacağını bildirən etirazçılar plan geri alınmasa, inək və mal-qarasını parlamentin qarşısında kəsəcəklərini bildiriblər.

Azot emissiyalarının əsas mənbələrinə heyvandarlıq və gübrələrin istifadəsi daxildir. Fermerlər deyirlər ki, hökumətin hədəflərinə çatmaq üçün Hollandiyada çoxlu sayda heyvan kəsilməli olacaq.

Hollandiya dünyanın əsas kənd təsərrüfatı ixracatçılarından biridir.