Fərid Mehralızadənin taleyi məlum deyil - YENİLƏNİB

Ötən gün polis tərəfindən saxlanılan iqtisadçı-ekspert Fərid Mehralızadə hələ sərbəst buraxılmayıb. Saxlanıldıqdan sonra onun mənzilində axtarış aparılıb. Daxili İşlər Nazirliyi ekspertin taleyinə aydınlıq gətrməyib və onun saxlanılmasının səbəbini açıqlamayıb. Qanuna görə, 48 saat ərzində saxlanılan şəxsə qarşı ittiham irəli sürülməli, ya da o sərbəst buraxılmalıdır.

* * *

Fərid Mehrəlizadənin evində axtarış aparılıb

İqtisadçı ekspert Fərid Mehrəlizadə bu gün səhər işə gedərkən saxlanılıb, bu barədə onun yaxınları bildirib.

Bir müddət əvvəl onu axtarış üçün evə gətiriblər, sonra isə Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Mehrəlizadənin nədə ittiham olunduğu məlum deyil.

* * *

Fərid Mehrəlizadə "saxlanılmayıb", sadəcə "polisə dəvət olunub" - DİN

İqtisadçı ekspert Fərid Mehrəlizadə polisə dəvət olunub, araşdırma aparılır. Bu barədə Turan-ın sosial şəbəkələrdə Mehrəlizadənin saxlanılması ehtimalı haqqında yayılan məlumatları şərh etmək xahişinə cavabda DİN-in mətbuat xidmətindən bildiriblər.

Bununla da idarə ekspertin saxlanıldığı haqqında təxminləri təkzib edib. Bu zaman DİN Mehrəlizadənin hansı iş üzrə polisə dəvət olunduğunu dəqiqləşdirməyib.