Fərhad Əhmədovun obyektlərində axtarış aparılır?

Milyarder Fərhad Əhmədovun Göyçay rayonunda obyektlərində axtarış aparılması barədə məlumat yayılıb.

"Bizimxeber" bildirir ki, Haqqin.az-ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, Fərhad Əhmədovla bağlı Dövlət Təhlükəsizlik Xidmətində suallar yaranıb. 

Saytda bildirilir ki, milyarderin saxlanılması barədə məlumatlar isə həqiqətə uyğun deyil.

Qeyd edək ki, Fərhad Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın “Forbes” siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

2022-ci ilin aprelində Aİ və Böyük Britaniya oliqarxa qarşı sanksiyalar tətbiq edib