Eyfel qülləsində həyəcanlı anlar - Ziyarətçilər təxliyə edildi

Parisdə Eyfel qülləsinə gələnlər liftin naqillərində yaranan qısaqapanma səbəbindən təxliyə edilib.

Bizimxeber.az bildirir ki, bu barədə BFMTV məlumat yayıb.

“Yanğın siqnalı işə salındıqdan sonra qüllə boşaldılıb. İkinci mərtəbə ilə qüllənin yuxarı hissəsindəki müşahidə göyərtəsi arasında texniki problem yaranıb. Binanın ziyarətçiləri və işçiləri üçün təhlükə yoxdur". 

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.