Eyfel qülləsi Olimpiada zamanı qiyməti qaldıracaq

Eyfel qülləsinə giriş biletlərinin qiymətləri iyunun 17-dən - yəni Parisdə Olimpiya Oyunlarının başlamasına az qalmış - təxminən 20% artacaq.

Bu barədə "Le Parisien" qəzeti yazıb.

Qiymət artımından sonra Eyfel qülləsinin zirvəsinə liftlə getmək böyüklər üçün indiki 29,40 avro əvəzinə 35,30 avroya başa gələcək. Qalanın ikinci mərtəbəsinə pilləkənlərlə qalxmaq istəyənlər 10 avro əvəzinə 14,20 avro ödəməli olacaqlar.

Attraksionun operatoru olan SETE şirkəti artımı koronavirus pandemiyası zamanı dəymiş yüksək itkilər və 135 illik quruluşun istismar xərclərinin artması ilə əsaslandırıb.

Fransa turistlərin Sena boyu Olimpiadanın açılış mərasimini sərbəst izləməsinə icazə verməyəcək.