Evi dağılmış ukraynalılar Rusiyanı məhkəməyə verə biləcək

Evləri və ya mənzilləri Rusiyanın işğalı nəticəsində tamamilə dağılmış ukraynalıların adı reyesterə salınacaq. 

Bizimxeber.az bildirir ki, bu barədə müsahibəsində Rusiyanın təcavüzü nəticəsində dəymiş ziyanların reyestrinin icraçı direktoru Markiyan Klyuçkovski danışıb .

Klyuçkovskinin sözlərinə görə, reyestrdə ərizəçilər üçün kompensasiya məbləğinin qiymətləndirilməsi dəymiş zərərin sübutu və əmlakın mülkiyyətinə əsaslanacaq. 

"Fəlakətli dərəcədə böyük dağıntıların olduğu şəhərlərdə - Mariupol, Marinka, Baxmut, bir çox başqa şəhər və kəndlərdə - mənzillərin dağıdılmasına dair sübutların olmasının mənası yoxdur, çünki biz kosmosdan dağıdılmış evi sözün əsl mənasında görə bilərik. Ona görə də, bu, bizim üçün reyestr olaraq qiymətləndirmək çox asan olan hallardan biridir. Baxmayaraq ki, hazırda cəbhə boyu və işğal olunmuş ərazilərdə bu yerlərə çıxış yoxdur".

Qeyd edək ki, bu sistem evləri dağılmış ukraynalılara Rusiyadan təzminat almaq üçün məhkəmə hüququ yaradacaq və istənilən ukraynalı Rusiyanı məhkəməyə verə biləcək.

Ramiz Hacıyev