Əvəz Zeynallı barədə qərar dəyişmədi

Xural TV-nin rəhbəri Əvəz Zeynallının apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib. 

Bizimxeber.az bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin olunmayıb.

Ə.Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 4 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb.