“Eurovision-2023” - Final Kiyevdə sığınacaqda keçiriləcək

Dekabrın 17-də “Eurovision-2023” ən böyük mahnı müsabiqəsi üzrə Milli seçimin finalı keçiriləcək. Eyni zamanda iştirakçıların özlərini təhlükəsiz hiss etmələri üçün final sığınacaqda keçiriləcək. 

"Eurovision 2023 Milli Seçiminin finalının televiziya versiyasını müsabiqənin qalibi STARLIGHT PRODUCTION MMC hazırlayacaq", - müsabiqənin Instagram səhifəsində deyilir.

2023-cü ildə Eurovision Mahnı Müsabiqəsi Ukraynada keçirilməli idi, çünki 2022-ci ildə Ukraynanın Kaluş Orkestri qrupu Stefania mahnısı ilə qalib gəldi. Lakin Rusiyanın başlatdığı müharibə səbəbindən yarışın təşkilatçıları onu Ukraynada keçirməmək qərarına gəliblər.