"Milli konsensus var, bu, ilk növbədə, “biz Rusiyaya getməyəcəyik, biz Avropaya gedirik” və bu hamının bəyan etdiyi məqsəd idi və kimsə bu məqsəddən kənara çıxmadı".
Bizimxeber.az bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayında siyasi partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə bəyan edib.
Prezident deyib ki, bu gün küçədə keçirilən vətəndaş etirazı olduğu kimi - azad və kortəbii olaraq qalmalıdır, onun siyasi müdaxiləyə ehtiyacı yoxdur, dəstək və müdafiəyə ehtiyacı var, bu da aksiyalarla məşğul olan insanların hüquqi müdafiəsi deməkdir.
"Biz onları həm də təxribatlardan qorumalıyıq", - prezident Zurabişvili mitinq iştirakçılarını diqqətli olmağa çağırır və deyir ki, onların arasında SUS nümayəndələri də ola bilər. Birgə plana gəlincə, Salome Zurabişvilinin fikrincə, indi hamının səyi prezidentin iddiasına baxmaq üçün iclas təyin etməyən Konstitusiya Məhkəməsinə yönəlməlidir.