Tbilisinin mərkəzində keçirilən etiraz aksiyası zamanı 66 nəfər saxlanılıb.
Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
"Həmin şəxslər tərəfindən törədilmiş hüquqpozmalarla bağlı faktlar qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunacaq", - nazirliyin məlumatında deyilir.
"Nazirlik dinc aksiyanın zorakılığa çevrilməsini təşkil edən və buna töhfə verən bütün şəxslərin hərəkətlərinə müvafiq hüquqi qiymət verəcək", - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.