Gürcüstanda Rustaveli prospektində etiraz aksiyası başlayıb. Avtomobillərin hərəkəti bağlanıb. Çitadze və Çiçinadze küçələrində polis kordonu qurulub, sözügedən hissədə hərəkət məhdudlaşdırılıb.
Bizimxeber.az bildirir ki, Parlamentin qarşısına mitinq iştirakçılarının bir hissəsi toplaşıb. Onlar qışqıraraq, fit çalmaqla etiraz edirlər. Turizm sahəsinin nümayəndələri turizm idarəsinin binasından parlamentə qədər yürüş keçirərək aksiyaya qoşulublar.
Onlar Milli Turizm Administrasiyasına toplaşaraq Rustaveli prospektinə pankartlarla etiraz yürüşü təşkil ediblər. “İctimai Yayım”ın binası yaxınlığında toplaşan aksiya iştirakçıları kanal rəhbərliyinin təklifləri ilə razılaşmır. Fəaliyyət planının nə olacağına qərar verməlidirlər.
Artıq doqquzuncu gündür ki, Tbilisidə və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Vətəndaşlar noyabrın 28-də Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcəyi “Gürcü arzusu”nun qərarına etiraz edirlər.