Estoniya Rusiya ilə sərhədi bağlamaayacaq

Estoniya zərurət yaranana qədər Rusiya ilə sərhədini bağlamağı planlaşdırmır.

Bizimxeber.az bildirir ki, bu barədə Estoniya prezidenti Alar Karis deyib.

"Sərhəd açıqdır, çünki insanların qarşı tərəfdə qohumları var. Lazım gələrsə, sərhədi çox tez bağlamağa hazırıq", - Karis bildirib.

Onun sözlərinə görə, hazırda buna real ehtiyac yoxdur. Estoniyada hazırda Finlandiyada nəzərdən keçirilən Deportasiya Aktı var. Beləliklə, sərhəd açıq olsa belə, Rusiyadan mütəşəkkil immiqrasiyanın qarşısı alına bilər.