Estoniya da Rusiyanın müstəqil “Dojd” kanalını blokladı

Latviya və Litvanın ardınca Estoniya da öz ərazisində Rusiyanın müstəqil “Dojd” telekanalının yayımını dayandırıb.

"Bizimxeber" bildirib ki, buna səbəb Latviya hakimiyyəti tərəfindən ləğv edilən lisenziyanın kanala öz məzmununu Avropa İttifaqı ölkələri, ABŞ və digər ölkələrdə yaymaq hüququ verməsidir.

Media Xidmətləri Qanununa əsasən, yayımçılar ev sahibi ölkə lisenziyası və ya digər qanuni əsaslara malik olduqda, öz xidmətlərinin bir hissəsi kimi televiziya proqramlarını təklif edə bilərlər.