Əsgərimiz faciəvi şəkildə öldü

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb. 

Bu barədə Report hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Hadisə dünən, iyunun 29-da baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Fazil Məzahir Məmmədlinin xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi prokurorluqda istintaq aparılır.