Əsədin saxta dollar çap etdiyi obyekt aşkarlandı - FOTO

Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əsginas çap etdiyi obyekti ələ keçirib.

Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Xüms şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.

Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub.