Əsədin Moskvada onmilyonluq mülkləri üzə çıxdı

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvanın “Moskva Siti” rayonunda mənzillər alıb.

Bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Moskvaya qaçan Əsəd ailəsi 2019-cu ildə “Paytaxtlar şəhəri” və “Moskva Siti”dəki “Federasiya” qülləsində ümumu dəyəri 40 milyon dollar olan 19 mənzil alıb.

Qeyd olunub ki, Bəşər Əsədin oğlu Hafiz Əsəd Moskva Dövlət Universitetində “Cəbri say sahələrində çoxhədlilərin arifmetik sualları” üzrə rus dilində dissertasiya müdafiə edib.