Bəşər Əsəd və onun ailəsinə Rusiyada sığınacaq verilməsi barədə qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən verilib.
Bizimxeber.az bildirir ki, bu barədə mətbuat katibi Dmitri Peskov bildirib. “Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Bu, onun qərarıdır”, - Kreml sözçüsü brifinq zamanı bildirib.
Eyni zamanda o, əlavə edib ki, Putinin rəsmi proqramına Əsədlə görüş daxil deyil.
Qeyd edək ki, dekabrın 8-i axşam saatlarında Əsəd və ailə üzvlərinin Moskvaya gəldiyi məlum olub, Rusiya onlara sığınacaq verib.