"Suriyalıların əksəriyyəti Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsini dəstəkləyir".
Bizimxeber.az bildirir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında Suriya prezidenti Bəşər Əsəd deyib .
“Əlbəttə, Suriya xalqı bir sıra səbəblərə görə, Rusiyanı dəstəkləyir. Rusiya zaman-zaman terrorla mübarizə apardığımız zaman suriyalıları dəstəklədiyib. Digər tərəfdən, bu müharibəyə daha qlobal baxış var: məhz bu müharibə qlobal tarazlığı dəyişməyə başlayacaq, çünki Suriya, İraq və bir çox digər ölkələrdəki əzabların bir hissəsi birqütblü dünyadan qaynaqlanır”, - Suriya lideri bildirib.
O, həmçinin əlavə edib ki, münaqişədə “Rusiya qalib gələndə” yeni sakit və təhlükəsiz dünya yaranacaq".
Müsahibə zamanı Əsəd Suriya könüllülərinin döyüşlərdə iştirakının mümkünlüyünü etiraf edib: "Hökumətin belə bir qərarı yoxdur. Amma insanlar öz istəkləri ilə Rusiyaya dəstəyə gedə bilər. Bu onların şəxsi qərarıdır".