Əsəbləşən müəllim Qazax-Tovuz Regional Təhsil İdarəsində öldü

Şəmkirdə yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verib. 

Bizimxeber.az bildirir ki, Tovuz rayon sakini, təhsil sektorunun metodisti Elçin Abdıyev işdən çıxarılmasına görə RTİ-nin müdiri Arslan Hacıyevin qəbuluna gələrək narazılığını ifadə edib. 

Daha sonra E.Abdıyev yerə yıxılılıb və bir neçə dəqiqə sonra vəfat edib.