Ermənistanda yoluxma və COVID-dən ölüm artdı

Ermənistanda son gündə koronavirusa 1217 yeni yoluxma qeydə alınıb. Yenisabah.az xəbər verri ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumən Ermənistanda 275.077 nəfər koronavirusa yoluxub. Hazırda 17624 nəfər müalicə olunur, 250.576 nəfər sağalıb, son gündə 28 nəfər olmaqla, 5.646 xəstə ölüb. Daha 3 nəfər digər xəstəliklər ucbatında vəfat edib. Belə halların ümumi sayı 1231-dir.

Beləliklə, ölənlərin ümumi sayı 6877-yə çatıb.