"Ermənistanda bir hökumət var və o, bu salonda oturur” - Paşinyan

“Qarabağdan gəlmiş bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addımlar atır, mühacirətdə hansısa hakimiyyət elan edir. Mən açıq şəkildə deyirəm, hamı başa düşsün. Ermənistanda bir hökumət var və o, bu salonda oturur”.

Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, zərurət yaranarsa, müvafiq addımlar və tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Ermənistana təhlükə yaratmasın: 

Baş nazir deyib ki, əgər kimsə özünü Ermənistanda “hökumət” kimi təqdim edirsə, bu, Ermənistanın milli təhlükəsizliyi məsələsidir.Paşinyanda