Bir qrup erməni Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Bakıda məhkəməsi keçirilən erməni separatçıları ilə bağlı etiraz aksiyası keçirib.
Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, təşkilatçılar Xarici İşlər Nazirliyindən dişsiz bəyanatlara son qoymağı və Bakının saxladığı şəxslərin geri qaytarılması üçün sərt addımlar atmağı tələb ediblər.
"XİN Ermənistanın xarici siyasətinə cavabdehdir. Departamentdən Ermənistanda akkreditə olunmuş bütün diplomatları dəvət etməyi tələb edirik", - deyə təşkilatçılar qeyd ediblər.
Qeyd edək ki, yayılan videogörüntülərdə ermənilərin əlində olan fotolarda yalnız Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın fotoları sərgilənir. Bu isə etiraz aksiyasının onun adamları tərəfindən hazırlanmasının bariz nümunəsidir. Ağır cinayətlər törətmiş Ruben Vardanyan bu yolla Ermənistan hökümətinin diqqətini Azərbaycanda keçirilən məhkəməyə yönəltməyə və sərt bəyanatlar verməyə sövq etməkdir. Həmçinin bu prosses boyu Ermənistanla Azərbaycan arasındakı münasibətlərin yenidən pisləşməsini istəyən qüvvələrin də marağı aşkar görünür.