Ermənistan və ABŞ yeni saziş imzalayır

Ermənistan və ABŞ gömrük orqanları arasında əməkdaşlıq sazişi imzalanacaq.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, müqavilə layihəsi Ermənistan hökumətinin iclasında təsdiqlənib.

Qeyd olunur ki, iki ölkənin gömrük orqanları arasında qarşılıqlı fəaliyyətlə bağlı hələlik heç bir sənəd yoxdur, lakin onlar arasında ticarət dövriyyəsi Ermənistan standartları ilə kifayət qədər böyükdür. Düzdür, Ermənistan əsasən idxalçı kimi çıxış edir: 2023-cü ildə iki ölkə arasında ticarət 670 milyon dollara çatıb, lakin İrəvandan ixrac 50 milyon dollardan az olub.