Ermənistan Təbrizdə baş konsulluq açaacaq

Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq.

Bizimxeber.az bildirir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.

Məlumatda qeyd olunur ki, xərclər smetası da təsdiq edilib. O cümlədən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-sı məbləğində təsdiq edilib.

İranla sərhədə yaxın Kapan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı İran tərəfi ilə Baş Konsulluğun açılması ilə bağlı razılıq əldə olunub.

2022-ci il oktyabrın 21-də Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Kapandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər. Eyni zamanda onlar Ermənistanın Təbrizdə Baş Konsulluğunun açıldığını elan ediblər.

2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdollahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.