Ermənistan seçim etməlidir - Ya Aİ, ya da Aİİ...

"Ermənistanın eyni vaxtda həm Aİ, həm də Aİİ-də olmaq imkanı olmayacaq, yəni rəsmi Yerevan tamamilə birmənalı seçim etməlidir".

Bizimxeber.az bildirir ki, bu barədə Avrasiya İqtisadi İttifaqının (Aİİ) icraçı katibi Sergey Mixneviç bildirib. 

Onun sözlərinə görə, mənfi qərar qəbul edilərsə, itirilmiş həcmləri kompensasiya etmək problemli olacaq. Çünki Aİ ilə daha da yaxınlaşma ilə bağlı qərar qəbul olunarsa, Aİİ tərəfindən zəruri tarif mühafizəsi tədbirləri tətbiq olunacaq ki, bu da Avrasiya ölkələri ilə ticarətin ciddi şəkildə azalmasına gətirib şəxaracaq: "Ermənistan iqtisadiyyatının hansı üstünlüklərə və potensial itkilərə malik ola biləcəyinə gəlincə, burada sözün əsl mənasında bir neçə rəqəm var. Əgər biz Ermənistanın ÜDM-nin mütləq dinamikasına nəzər salsaq, 2015-ci ildən keçən ilə onun 9,5 milyard dollardan 24 dollara yüksəldiyini görərik. Rəqəmlər öz sözünü deyir: Ermənistanın Aİİ ilə ticarəti Ermənistanın bütün Aİ ölkələri ilə ticarətindən demək olar ki, 1,8 dəfə çoxdur", - Mixneviç qeyd edib.

O, həmçinin hesab edir ki, Qərbə dönüş İranla ticarət əlaqələrinə də təsir edə bilər. Bu arada, Mixneviçin müşahidələrinə görə, ticarət intensivliyi indeksi göstərir ki, erməni tərəfdaşlar İranla ticarət əlaqələrindən səmərəli istifadə edirlər ki, bu da əsasən Ermənistanın Aİİ-də olması ilə bağlıdır: "Xüsusilə, Aİ ilə danışıqların gedişi və coğrafi baxımdan Avropaya yaxınlığı Türkiyənin Avropa Birliyinə daxil olacağına ümid etməyə imkan yaratdı, lakin bildiyimiz kimi, nəticəsiz proses onilliklər boyu davam etdi. Ona görə də mən erməni tərəfinin yerində olsaydım, şəxsən bu barədə düşünərdim”, - deyə Mixneviç yekunlaşdırıb.