Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı layihəni qəbul etdi

Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına üzv olması prosesinin başladılması” barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.

Bizimxeber.az bildirir ki, 63 deputat qanun layihəsinin lehinə, 7 nəfər isə əleyhinə səs verib. 

Xatırladaq ki, Ermənistan hökuməti layihəni cari ilin yanvarında təsdiq etmişdi. Ölkənin Baş naziri Nikol Paşinyan bu zaman bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referendum yolu ilə qəbul edilməlidir.