Ermənistan parlament binası polis nəzarətinə götürülüb

Ermənistan parlamentinin binasının yerləşdiyi Baqramyan prospektində polis vəziyyətə nəzarət edir. Gecə saatlarında Milli Assambleyanın binası qarşısında 15 çadır quran piketçilər “nazarət etməkdə” davam edirlər.

Bazar günü müxalifətin mitinqində “Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Qalstanyan tərəfdarlarını baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin istefasına nail olmaq üçün iyunun 10-dan etibarən dörd günlük fasiləsiz etiraz aksiyalarına başlamağa çağırıb.