Ermənistan Müdafiə Nazirliyi: “Hərbçilər arasında ölənlər və yaralılar var”

“Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var”

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

“Məlumatlar indi dəqiqləşdirilir”-deyə, o əlavə edib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.