Ermənistan İranla yeni saziş imzaladı

Ermənistanla İran qaz və elektrik enerjisinin mübadiləsi üzrə saziş imzalayıblar. 

Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, sözügedən saziş çərçivəsində İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq. Hazırda isə İran gündəlik olaraq Ermənistana 1 milyon kubmetr qaz ixrac edir.