“Ermənistan daha Rusiyaya arxalana bilməz” - Paşinyan

“Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Politico” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib:

“Bu vəziyyətdə Ermənistanın strategiyası ölkənin digərlərindən asılılığını maksimum dərəcədə azaltmaqdır. Biz müstəqil ölkəyə sahib olmaq istəyirik, lakin bizim Qərb və Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır. Ermənistan “proksi” ola bilməz. Bu, yolverilməzdir”.