Ermənistan Azərbaycanla sülh strategiyasına sadiq qalacaq - Paşinyan

"Ermənistan Azərbaycanla sülh strategiyasına və sülh gündəliyinə sadiq qalacaq".

Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Biz dialoq dilindən istifadə edəcəyik, biz diqqəti sərhədlərin müəyyənləşdirilməsinə, sülh müqaviləsinin mətninin razılaşdırılmasına, “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsinə, o cümlədən humanitar məsələlərə yönəltməyə davam edəcəyik", - deyə Ermənistan hökumətinin başçısı bildirib.