Ermənistan Milli Assambleyasının Avropaya inteqrasiya komissiyası Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.
Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, təsdiqdən əvvəl Aİ-yə daxil olmaq üçün imza toplanması təşəbbüsü ilə çıxış edən deputatların və qərbyönlü qüvvələrin üzvlərinin iştirakı ilə qızğın müzakirələr aparılıb.
Sənəd müvafiq komissiya tərəfindən təsdiqləndikdən sonra plenar iclasda müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti qanun layihəsini bəyənərək parlamentə göndərib.