Ermənilərin Qarabağa qayıdışı niyə gündəmə gətirilir?

Qarabağ ermənilərinin qaytarılması məsələsi institusional yanaşma tələb edir.

Bizimxeber.az bildirir ki, bunu qondarma deputatı David Qalstyan "Sputnik Ermənistan" açıqlamasında deyib.

Onun fikrincə, bu məsələ beynəlxalq təhlükəsizlik zəmanəti, kollektiv qayıdışın təmin edilməsi ilə Ermənistan və Azərbaycan arasında danışıqların gündəliyinə daxil edilməlidir.

“Bizim məqsədimiz Dağlıq Qarabağa mümkün qədər tez qayıtmaq deyil, bu məsələnin gündəliyə daxil edilməsini təmin etmək və konstruktiv dialoqa başlamaqdır" deyə qondarma deputat bildirib.