Ermənilər Laçını belə tərk edir - Video

Ermənilər Laçın rayonunu tərk etməkdə davam edir. Bizimxeber.az bildirir ki, bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Rayonun Zabux kəndini tərk edən ermənilər əşyalarını yığır, bəzilərini yandırır.  

Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.

Həmin görüntüləri təqdim edirik: