Ərdoğan Qazaxıstanda Putinlə görüşə bilər

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanda Kremlin rəhbəri Vladimir Putinlə görüşəcəyi etiraf edilib.

Bizimxeber.az bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bildirib  Onun sözlərinə görə, Ərdoğan “yaxın bir neçə gündə” Qazaxıstanda Putinlə “yəqin” görüşəcək.

Söhbət 3-4 iyulda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Astanada Ərdoğan və Putin arasında mümkün görüşdən gedir.

Ərdoğan və Putin sonuncu dəfə 2023-cü ilin sentyabrında Rusiyanın Soçi şəhərində görüşüblər.

Ərdoğan fevralda Putini Türkiyədə qəbul etməyə hazırlaşırdı , lakin Rusiya hökmdarının səfəri təxirə salınmışdı