Ərdoğan Moldovada keçirilən sammitə qatılmır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılmayacaq.

Bizimxeber.az bildirir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Ərdoğanın Avropa liderlərinin sammitində iştirakdan imtinasının səbəbi məlum deyil, rəsmi Ankara hələlik vəziyyətə münasibət bildirməyib.

Sammitdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İspaniyanın baş naziri Pedro Sançes, Böyük Britaniyanın baş naziri Rişi Sunak və İtaliyanın baş naziri Corciya Meloni  iştirak edəcək.