Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D-yə müsahibəsində müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə televiziya debatına çağırışlarını ələ salıb.
Bizimxeber.az bildirir ki, O, Kılıcdaroğlu ilə danışacaq heç nə olmadığını vurğulayaraq bu təklifdən imtina edib.
“İndi məni televiziyaya çağırır. Mənimlə nə danışacaqsan? Onun heç bir nailiyyəti, baxışı yoxdur”, - Türkiyə lideri bildirib.
Qeyd edək ki, Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə bütün qaçqınları Türkiyədən qovacağına söz verib. O qeyd edib ki, hazırda ölkədə bu kateqoriyadan olan 10 milyona yaxın insan yaşayır.