Ərdoğan Əsədə dəvət göndərəcəyini deyib

"Rusiya lideri Vladimir Putinlə birlikdə Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yeni prosesə başlamaq üçün Suriya prezidenti Bəşər Əsədə dəvət göndərə bilər".

Bizimxeber.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Astanadan qayıdarkən təyyarədə jurnalistlərə deyib ki, -“Biz cənab Putinlə birlikdə cənab Əsədə dəvət göndərə bilərik”.

Bundan əvvəl mətbuatda Türkiyə və Suriya prezidentlərinin görüşünün Rusiyada baş tuta biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana  danışıqlarda iştirak etmək üçün Türkiyəyə gələcəyini vəd edib.