Ərdoğan Ali Hərbi Şuranın iclasını keçirdi

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Hərbi Şurasının iclası keçirilib.

"AAnadolu” agentliyinə istinadən xəbər verir ki, müzakirələr bağlı qapılar arxasında bir saata yaxın davam edib.

Məlumata görə, iclasda vitse-prezident Fuat Oktay, ədliyyə naziri Bekir Bozdağ, xəzinadarlıq və maliyyə naziri Nureddin Nebati, daxili işlər naziri Süleyman Soylu, milli təhsil naziri Mahmut Özer, Quru Qoşunların komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Ozbal və  Hərbi Hava Qüvvələri (HHQ) komandanı Hasan Küçükakyüz iştirak ediblər.