Ərdoğan İrakli Qaribaşvili ilə görüşdü

Zəlzələlərdən sonra 11 əyalətə səfər edən prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ qurbanlarını qucaqlayaraq rəsmi görüşləri üçün Ankaraya qayıdıb.

Bizimxeber.az bildirir ki, Prezident Ərdoğan bu gün Gürcüstanın baş naziri Qaribaşvili ilə görüşüb. İki liderin Prezident Kompleksindəki görüşü mətbuata qapalı keçirilib.

1 saat 15 dəqiqə davam edən görüşdən sonra heç bir açıqlama verilməyib.