Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, sözgedən vəzifə Ceyhun Kərəmova həvalə edilib.
Xatırladaq ki, C.Kərəmov bu təyinata qədər Agentliyin direktor vəzifəsini müvəqqəti icra edirdi.