Elman Rüstəmov vəzifədən getdi


Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilib. 

Bizimxeber.az bildirir ki,  Mahir Məmmədov federasiyanın yeni prezidenti olub.

O, bu postda Elman Rüstəmovu əvəzləyib. 

Qeyd edək ki, M.Məmmədov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olub. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezidentidir.