Xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək Rusiyada həbs edilən vəkil Elman Paşayev təqsirini boynuna almır və cinayət işini sifarişli hesab edir.
Bizimxeber.az bildirir ki, bu barədə "TASS" məlumat yayıb.
Sentyabrın 18-də Moskva Qarnizonu Hərbi Məhkəməsi Paşayevi xüsusilə külli miqdarda dələduzluqda ittiham edərək həbs edib.
Mətbuat yazır ki, Paşayev əvvəllər bloqqer Yelena Blinovskayanın ərindən hər ikisini cinayət məsuliyyətindən azad edəcəyinə söz verdiyinə görə təxminən 45 milyon rubl alıb.